FAQ

Təhsilin İnkişafı Forumu Elm və Təhsil Nazirliyi, və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə 14 noyabr 2025-cü il tarixində saat 09:00-18:00 aralığında Gülüstan sarayında keçiriləcək.



“Təhsildən gələcəyə” konsept mesajı altında baş tutacaq Forum təhsil, texnologiya və iqtisadiyyatın inteqrasiyasına həsr olunacaq. Universitet-sənaye əməkdaşlığını dəstəkləyən Forum rəqəmsallaşmanın təhsil sisteminə gətirdiyi çağırışlar və imkanlar barədə fikir mübadiləsi üçün mühüm platforma rolunu oynayacaq.

Panel iştirakçıları və məruzəçilər sırasında yerli və beynəlxalq şirkətlərin rəhbərləri, nüfuzlu ekspertlər və qabaqcıl ali təhsil müəssisələrinin nümayəndələri yer alacaq.


Forumun proqramına 3 panel müzakirəsi, 3 əsas məruzə daxil edilib, həmçinin 3 moderator və 15 spikerin iştirakı nəzərdə tutulur.